Millət vəkili: Prezidentin ətrafında birləşərək, Qarabağı azad etmək lazımdırbackend

Millət vəkili: Prezidentin ətrafında birləşərək, Qarabağı azad etmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etməsi, Xankəndidə və Şuşada olması beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır.

Bu, eyni zamanda, mövcud danışıqlar prosesinin prinsiplərinə də ziddir.

bu fikirləri Milli Məclisin komitə sədrinin müavini Rauf Əliyev deyib.

“Hazırda Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır. İndiki hakimiyyətlə keçmiş rəhbərlik arasında çəkişmələr davam edir”, – deyən millət vəkilinin sözlərinə görə, Paşinyan siyasi opponentlərinin çoxunu həbsə atdırıb.

“Ermənistanın indiki bu acınacaqlı vəziyyətinə baxmayaraq, müxalifət hakimiyyətlə ümummilli məsələlərdə, xüsusilə Qarabağ məsələsində bir olduğunu dünyaya nümayiş etdirir. Onlar Qarabağın rəmzi sayılan Şuşanın işğal gününü şənlik tədbirləri ilə qeyd etdilər. Ermənilərin işğal etdikləri torpaqlar qədim Azərbaycan torpaqlarıdır.

Hazırda erməni əsirliyində olan yüzlərlə Azərbaycan övladını necə yaddan çıxarmaq olar? Bu hadisələri kənardan sadəcə olaraq seyr etmək olmaz. Hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməlidir.

Azərbaycan hazırda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır.

İndiki zamanda cənab prezidentin ətrafında daha sıx birləşərək Azərbaycanın qarşısında duran yeganə problem olan Ermənistan – Azərbaycan münaqişəsinin həll edilməsinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək lazımdır.

Bu vəzifə dünyada yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsidir”, – deyə millət vəkili əlavə edib.

//oxu.az