backend

"Məktəblinin dostu" təhsil sahəsindəki ən uğurlu layihələrdəndir – Fərhad Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün dövlətimizin kifayət qədər imkanı var ki, məktəblilər üçün yay düşərgələri təşkil etsin”. Bunu “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi”nin açılışı mərasimində şagirdlər qarşısında çıxış edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib.
O deyib: “Bu gün dövlət gənclərə çox böyük diqqət ayırır. Cənab prezidentin hər bir gəncin dostu olması, hər bir gəncə qayğısı nəticəsində gəncliyimiz dünyaya səs salır. İstənilən sahədə gənclərimizin nailiyyətlərini görürük. Mən inanıram ki, sizin sıralarınızda da olimpiya çempionları, bilik yarışmalarının, mədəniyyət yarışmalarının qalibi olacaq. Bütün bunlar üçün bu düşərgənin çox faydalı olacağına əminəm!”
“Məktəblinin dostu” layihəsinin uğurlu fəaliyyətindən danışan F.Hacıyev layihədə iştirak edən gənclərin fəaliyyətinin heç də müəllimlərdən az olmadığını söyləyib: ““Məktəblinin dostu” çox uğurlu bir layihədir. Valideynlər artıq övladlarını “məktəblinin dostu” olan təhsil müəssisəsinə yazdırmağı düşünürlər. Layihənin fəaliyyət göstərdiyi məktəblərin şagirdləri həyata daha nikbin baxırlar.
“Məktəblinin dostu” şagirdlərin ən yaxın dostuna çevrilib. Gənclərimizə də təşəkkür edirəm. Onlar böyük əmək sərf edirlər.
Əziz gənclər, siz böyük, şərəfli işlə məşğul olursunuz. Müəllimlər kimi, ölkəmizin nəslini formalaşdırırsınız.”
//Editor.az