2 əməkdar artist arasında gizli “düşmənçilik”

11:56 | 14 May, 2019

ATV-də ekrana gələn “Qara yazı” serialında baş rolları canlandıran əməkdar artistlər Hüsniyə Mürvətova və Kəmalə Müzəffər arasında soyuq küləklər əsir.

onlar eyni serialda boy göstərsələr də, bir-birlərini görməyə gözləri yoxdur.

Hətta buna görə çəkiliş meydançasında aktrisaların sözü də çəp gəlir. Bu yaxınlarda isə onların arasında qalmaqal yaranıb. Buna səbəb isə Kəmalə Müzəffərin improvizəsi olub.

Belə ki, sənətçi ssenaridə olmayan sözlə həmkarı Hüsniyəyə xitab edib. Bu isə Hüsniyəni özündən çıxarıb. Nəticədə onlar arasında ciddi mübahisə düşüb.

Qeyd edək ki, onlar arasındakı soyuq münasibətin haradan qaynaqlandığı bəlli deyil.

//axsam.az