Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni TƏYİNATbackend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub. 
Editor.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Günel Gözəlova gətirilib. Günel Gözəlova bu təyinata qədər “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.
Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub.
“Bir inci xanım”, “Mübariz”, “Şahinlər”, “Hünərin gücü”, “İnibahn zirvəsi”, “İkinci həyat”, “Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub.