Syomin Britaniya XİN-ə cavab verdi: Azərbaycanda dürüst insanlar yaşayırbackend

Syomin Britaniya XİN-ə cavab verdi: Azərbaycanda dürüst insanlar yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Britaniya XİN Avropa Liqasını izləmək üçün Bakıya gəlməyə hazırlaşan vətəndaşlarına (azarkeşlərə) bir sıra tövsiyələr ünvanlayıb.

Xüsusilə britaniyalıların gecə saatlarında küçələrdə yalqız hərəkət etməməsi və ciblərində az məbləğdə nağd pul saxlamaları məsləhət görülür.

Azərbaycan XİN buna dərhal rəsmi reaksiya verib: Nazirliyin rəsmisi Londondan olan həmkarlarının Azərbaycana aid səyahət tövsiyələrinin anlaşılan olmadığını və təəccüb doğurduğunu bildirib. Azərbaycanın paytaxtında bir sıra mötəbər beynəlxalq tədbirlərin – ilk Avropa oyunlarının, İslamiadanın, “Formula-1”in keçirildiyi xatırladılıb.

Tanınmış futbol məşqçisi, Rusiya çempionatının liderlərindən olan “Lokomotiv” klubunun baş məşqçisi Yuri Syomin “Moskva-Baku” portalına verdiyi müsahibədə bu xoşagəlməz halla bağlı fikirlərini bölüşüb. Syomin bir ildən çox Azərbaycanda işləyib və əslində, Bakıda futbol komandaları və azarkeşləri, onların rahatlıq və təhlükəsizliyi baxımından vəziyyətin nə yerdə olduğunu çox yaxşı bilir.

“Böyük Britaniya XİN-ə bir dəyərli məsləhət vermək istəyirəm. Britaniya Xarici İşlər Nazirliyi Avropa Liqasının finalında iştirak edəcək azarkeşlərin ölkəyə səfəri ərəfəsində fərqli tövsiyələrlə çıxış etməli idi. Azərbaycan haqqında bütöv bir broşür hazırlasaydılar, daha yaxşı olardı. Broşürün qısa məzmununu onlara deyə bilərəm.

“Əziz dostlar, siz gözəl ölkəyə qonaq gedirsiniz. Zəhmət olmasa, bu ölkənin tarixi, mədəniyyəti və möhtəşəm ənənələri ilə bağlı yazılanları oxuyun. Oxusanız, bilərsiniz ki, Azərbaycanda dürüst, zəhmetkeş insanlar yaşayır. Onlar futbolu çox sevirlər, qonaq qəbul etməyi çox sevirlər.

Özünüzü mədəni, nəzakətli və adekvat aparsanız, sizi böyük məmnuniyyətlə qonaq dəvət edəcəklər, inanılmaz dərəcədə dadlı yeməklərə qonaq edəcəklər, (çox təəccüblənəcəksiniz!) üstəlik, tamamilə pulsuz! Çünki bu (qonaqpərvərlik – red.) Azərbaycan ənənələrindən biridir…

Siz bütün xidmətlərində mükəmməl olan, dəbdəbəli hotellər görəcəksiniz, Bakının vəsfəgəlməz gözəlliyi gözünüzü oxşayacaq, özünüzə dərhal yeni dostlar qazanacaqsınız, sonra ora geri dönmək istəyəcəksiniz, dəfələrlə qayıtmaq istəyəcəksiniz”, – deyə Y.Syomin bildirib.

//Editor.az