Saleh Məmmədovun nəzərinə – 37 saylı Yol İstismar idarəsində Füzuli Quliyev zülmü hökm sürürbackend

Saleh Məmmədovun nəzərinə – 37 saylı Yol İstismar idarəsində Füzuli Quliyev zülmü hökm sürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vəzifə sahibi olan məmurların dövlət büdcəsini mənimsəmələri və bu vəsaitlər hesabına var-dövlət sahibinə çevirmələri artıq adı hal alıb. Belə məmurlardan biridə Beyləqan rayonunda fəaliyyət göstərən 37 saylı Yol İstismar İdarəsidir. Sosial şəbəkədə Füzuli Quliyevin var-dövləti və işçilərə olan qeyri-addi münasibəti barədə maraqlı məlumat paylaşıb. Həmin məlumatda vurğulanır ki, 13 ildir 37 saylı Yol İstismar İdarəsinin müdiri vəzifəsində çalışan Füzuli Quliyev artıq oliqarx məmura çevrilib.

Bizimxeber.az xəbər verir ki, 37 saylı Yol İstismar İdarəsini şəxsi obyektinə çevriən Füzuli Quliyevin aylıq qazancı 7-10 min manat arasında dəyişir. Belə ki, 37 saylı Yol İstismar İdarəsində 80-dən çox işçinin adı olsada işə ümumilikdə 40-a yaxın işçi gəlir.

Yerdə qalan 40 şəxsin əmək haqqı kartı Füzuli Quliyevin cibindədir və hər ayın sonunda həmin kartlara vurulan pulları oğlu Nurlan və baş mühasibi Yalçın bankomatlardan çıxardılar. Adı olub özü olmayan işçilərin adlarına yazılan əmək haqqılar isə gündəlik işə gəlib gedən, bütün əzab əziyyətə qatlaşan işçilərin maaşından 2 dəfə çoxdur.

Məlumatda adı olub özü olmayan işçilərə aylıq 250-350 manat arası əmək haqqı yazıldığı qeyd edilib. Daha sonra bildirilir ki, Füzuli Quliyev oğlu Nurlanı 37 Yol İstismar idarəsində baş mühasibin köməkçisi vəzifəyə qoyub.

Qanunla ata və oğulun eyni idarədə işləməsi qadağan olunsada bu Füzuli Quliyevə aid deyil. İdarə müdiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəhbəri Saleh Məmmədova yaxınlığını həmişə dilə gətirir. Yəni Saleh Məmmədova arxayın olan Füzuli Quliyev 37 saylı Yol İstismar İdarəsini istədiyi kimi idarə edir. Bu belə olmasaydı idarənin işçilərini özəl işlərdə qul kimi işlətmədi.

Hər il 37 saylı Yol istismar İdarəsinin işçiləri müxtəlif özəl şirkətlərin,sahibkarların obyektlərində işləryirlə və sonda qəpik-quruş alırlar. Dövlətin istismar idarəsinə verdiyi yanacaq, bitum və digər matreallar özəl işlərdə istifadə olunur və sonda müdir Füzuli Quliyev küli-miqdarda qazanc əldə edir. Bu gün 37 saylı Yol İstismar İdarəsinin avtomobillərinin əksəriyyəti kirayə verilib. Həmin sürücülər hər ay Füzuli Quliyevin hesabını gətirirlər.

Məlumatda qeyd edilir ki, müdir Füzuli Quliyev özünə və oğluna xarici avtomobil alıb. Bunlardan biri 90 FX 105 seriyalı “Prado” markalı avtomobildir. Ancaq Füzuli Quliyevin Bakı şəhərində daha bahalı bir avomobili var ki, onu Beyləqana gətirmir. İdarə müdirinin Bakı şəhərində 5 bina evinin və əlavə bir villasının olduğu bildirilir. Adının çıqlanmasını istəməyən idarə işçisi həmçinin onuda qeyd edir ki, Füzuli Quliyevin dövlətin pulları hesabına o qədər harınlayıb ki, idarədəki fəhlələri daim təhqir edir. Dəfələlə onun bu hərəkətindən şikayətçi olacaqlarını deyən fəhlələrə cavabı isə bu olub ki, “kimə deyirsiniz deyin Saleh Məmmədov arxamdadır”.