backend

Rusiya Xəzər dənizindəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xəzər dənizindəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Rusiya Müdafiə nazirliyinin Cənub hərbi dairəsindən 1000 nəfərə yaxın hərbçinin iştirakı ilə məşqlərin plana uyğun aparıldığı bildirilir.
Həştərxan vilayətində və Dağıstanda yerləşdirilən Xəzər donanması dəniz piyadaları batalyonları həyəcan siqnalı ilə ayağa qaldırılıb. Təlimlərə 10-dan çox hərbi və yardım gəmiləri, 150 döyüş və xüsusi texnika cəlb edilib.
// APA