Bakıda işgəncə verən polis polkovniki barədə QƏRAR VERİLDİbackend

Bakıda işgəncə verən polis polkovniki barədə QƏRAR VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa işgəncə verməkdə təqsirləndirilən sabiq polis polkovniki Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Ağaliyev ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib.

Həmin maddənin sanksiyası çərçivəsində müddət başa çatdığı üçün Ə.Ağaliyevə cəza təyin edilməyib.

Xatırladaq ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Əli Allahverdiyev tanınır.

Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyib.

//trend