Fransalı futbolçu Antuan Qrizman İspaniyanın “Atletiko” klubundan getdiyini elan edib.
Bu barədə İspaniya klubunun mətbuat xidmətindən bildiriblər.
A.Qrizman azarkeşlərə müraciətində bildirib: “Bu inanılmaz 5 il idi, hamınıza təşəkkür edirəm. Siz həmişə mənim qəlbimdə qalacaqsınız”.
Qeyd edək ki, A.Qrizman 2014-cü ilin iyul ayından çıxış edir.