Silahlılar Suriyada 9 yaşayış məntəqəsini atəşə tutublar

10:45 | 15 May, 2019

Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya və Hama əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: “Sutka ərzində silahlılar Latakiya əyalətinin Kermel (2 dəfə), Kesab, Dərh-Əbu-Əsəd, Sanceka, Cubb-əz-Zarur, Nahşeba və Safsafa yaşayış məntəqələrini, Hama əyalətinin isə Əl-Huaş və Skalbiya yaşayış məntəqələrini atəşə tutublar”.

//Trend