Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldübackend

Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.

Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S.Musayeva mayın 13-də yaşadığı evdə “ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.

S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.

//qafqazinfo