İran nüvə sazişi ilə bağlı bəzi öhdəlikləri dayandırdı

11:06 | 15 May, 2019

İranın Hərtərəfli Birgə Fəaliyyət Planındakı bəzi öhdəlikləri dayandırılıb.

bunu İranın Atom Enerjisi Təşkilatındakı məlumatlı rəsmi bildirib.

Belə ki, ilk 60 gündə İranın 1-ci addımı hesab olunan əlavə zənginləşdirilmiş uran və ağır suyun satışı ilə bağlı öhdəliklər yerinə yetirilməyəcək.

2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Sazişin Avropa tərəfi İranla ticarəti qorumaq istiqamətində vədlər veriblər. 2019-cu il 8 may tarixində İran bu vədlərin yerinə yetirilmədiyini əsas götürərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 günlük yerinə yetirməyəcəyini bəyan edib