“Son iki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb”backend

“Son iki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb.

bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu”nda deyib.

Ə.Əhmədov bildirib ki, bu, pensiya sisteminin dayanıqlığına bir töhfədir və eyni zamanda özəl sektorda çalışan insanların gələcəkdə etibarlı pensiya sistemi ilə təmin olunması üçün əhəmiyyəti töhfə sayıla bilər.

//Trend