Fariz Cəfərov: Vizalar 30 saniyəyə verilirbackend

Fariz Cəfərov: Vizalar 30 saniyəyə verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasını Liqasının finalı ilə bağlı vizaların verilmə müddəti 30 saniyəyə qədər azaldılıb.

bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda Avropa Liqasının finalı ilə bağlı işlər davam edir:

“ASAN Viza” əməkdaşlarının finala sayılı günlər qalmış gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri planlaşdırılır. Həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı iki dəfədən çox artırılıb, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib, UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi müddəti 30 saniyəyə qədər azaldılıb”.

Qeyd edək ki, Azərbaycan ərazisində yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli fərmanına əsasən, 15 may 2018-ci il tarixindən “ASAN Viza” tərəfindən həyata keçirilir.

//Editor.az