Azərbaycanda faciə: Turnik sınıb, azyaşlının üzərinə düşdübackend

Azərbaycanda faciə: Turnik sınıb, azyaşlının üzərinə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkir rayonunda 4 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Editor.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 2015-ci il təvəllüdlü Aslanova Damla turnikdən sallanan zaman qəfildən turnik sınıb və üzərinə düşüb. Yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.