Bakıda 40 minlik qadın ayaqqabısı oğurlandıbackend

Bakıda 40 minlik qadın ayaqqabısı oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Editor.az-a bildirilib. Verilən məlumata görə, müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb.
Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.