backend

Rusiyanın Azərbaycan addımı Ermənistanı VAHİMƏYƏ SALDI: Sarkisyanın "ÖLÜM HÖKMÜ"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Rusiyadan yeni silah partiyasını alması Ermənistanda cəmiyyətin İrəvan rejiminə qarşı etirazlarına səbəb olub. Ermənilər prezident Serj Sarkisyanı susmaqda ittiham edirlər.
Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Rusiyanın Azərbaycana silah satmasını təhlükəli adlandırdı, xarici işlər nazirinin müavini Savarş Koçaryan isə Rusiyaya ümid etməyin mənasız olduğu kimi ritorik bəyanatlar verdi. Lakin bu açıqlamalar erməniləri qane etmir. Onlar Serj Sarkisyanın sərt reaksiya verməsini tələb edirlər.
“Armenianreport” saytı yazır ki, Serj Sarkisyan Putinə hər hansı reaksiya verməkdən qorxur: “Lakin bu qorxu sadəcə hakimiyyəti itirməklə yekunlaşmır. Prezident Sarkisyan da daxil olmaqla bütövlükdə hakimiyyətimiz fiziki məhv olmadan qorxurlar. Lakin onları xalq məhv etməyəcək. Onlar qorxurlar ki, ölüm hökmü Kremldə çıxarılacaq”.
Qeyd edək ki, iyunun 24-də Rusiyadan Bakıya 42 eşalon silah-sursat gətirilib. Gətirilən silahlar arasında xüsusilə “Tank qatili” adlanan “Xrizantema-S” hərbi texnikası Ermənistanda ciddi qorxulara səbəb olub.
//Publika.az