“Cuppulu xandır Nuşirəvan…” – Yol polisinin rəhbərliyinə ŞOK ittihamlarbackend

“Cuppulu xandır Nuşirəvan…” – Yol polisinin rəhbərliyinə ŞOK ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Dövlət Yol Polisi İdarəsində (BDYPİ) rüşvət tələbi və süründürməçiliklə üzləşib.

“AzPolitika”nın məlumatına görə, bu barədə Ə.Zeynallı özünün “Facebook” statusunda xəbər verib. Baş redaktor yazır ki, mayın 4-də avtomobili vurulub, sığorta şirkətinə təqdim etmək üçün “Forma 4” arayışı almaq üçün BDYPİ-yə gedib. Sitat: “Bakı Dövlət Yol Polisi İdarəsinin 24-cü otağında Nicat Cəlilov adlı bir adam oturdublar, kapitandır. Avtomobilim vurulub və “Forma 4” deyilən arayışı bu adamdan almalıyam. Binəqədi DYP-də bir neçə ay əvvəl 1 günə vermişdilər bu sənədi – həm də hörmət-izzətlə. Yaxşının da adını deyim – Fuad Məmmədov idi.

Nicat Cəlilov məni mayın 4-də, hadisə günü axşam saat 21.30-da çağırdı. Sənədi tez verməsini xahiş etdim. “100 manat versən, bir günə verə bilərəm” dedi. Çaşdım açığı. “Binəqədi DYP-də bu sənədi bir günə aldım, pul da vermədim” dedim ki, bəlkə anlaya. Anlamadı Nicat və başladı izahat verməyə. Kuryerləri varmış, onlara pul verirlərmiş…

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla danışdığımı dedim və onun da xahiş etdiyini çatdırdım. Vecinə də almadı. “Səhər gəl” dedi. Bu minvalla Nicat Cəlilov deyilən bu dünyanı vecinə almayan adam düz 7 gün məni yollarda süründürdü. 100 manatı ala bilmədi, amma sənədi də vermədi…”

1487228238_1487094677_ramiz-nusirevan

Ə.Zeynallı yazır ki, sənədi almaq üçün “aləmi bir-birinə qatmaq” lazım olub: “Mən dava-dalaş salanda məlum oldu ki, ayın 10-da bu adam sənədi poçta verib, mənə də deyib ki, gəl götür. Gəlmişəm sənəd yox, bina bir-birinə dəyəndən sonra Elşad adlı inspektorların rəisi gəlib ki, bəs sənədin poçtla göndərilib”.

Baş redaktor daha sonra yazır: “DYP-nin rəisi Ramiz Zeynalovun yaxın qohumu olduğu deyilən bu balaca nicatlar özbaşlarına bu rüşvəti belə leqal yığa bilməzlər. Bunların arxasında ən aşağısı Ramiz Zeynalov, ondan da balacası Nuşirəvan Səfərov dayanır. Cuppulu xandır Nuşirəvan. Vətəndaşları qəbul da etmir ki, rəislik edib rüşvət yığdığı binasında nələrin baş verdiyini deyəsən. Ona görə Nicat Cəlilov adam saymır, çünki arxasında Nuşirəvan var. Ona görə də hər bir “Forma 4” arayışı üçün 100 manatı bağırda-bağırda alır vətəndaşlardan. Növbə növbənin dalınca. Soy ki soyasan vətəndaşı. Bu qanəmicilərin gözləri doyacaqmı nə zamansa?!…”

nusirevan

Ə.Zeynallının dediyinə görə, işə polkovnik Vaqif Əsədovun qarışması da heç nəyi dəyişməyib. “Yazı yazıb başlarına od ələyəndə bizə hər zaman deyirlər ki, əlaqə saxlayın, mətbuat xidmətləri ilə danışın, dərdinizə dərman qılsınlar. Edirik. Danışırıq. Elə o səbəbdən də Vaqif Əsədovla əlaqə saxladım. Şirin dili ilə Nicat Cəlilovun, sonra dəftərxana müdiri Rəna Mehdiyevanın yanına göndərdi. Hamısı da hörmətsiz qarşıladı.

Hamının gözünün içinə baxa-baxa rüşvət yığan Nicat Cəlilov bu dili və bu cəsarəti birbaşa rəis Nuşirəvan Səfərovdan alır. Mənim bu yazım Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üçün hərəkətə keçməyə səbəb olmalıdır. Onlar Nuşirəvan Səfərovun dövlət idarəsində rahatca rüşvət almasının hesabını ondan və Nicat Səlimov kimilərdən sormalıdır”.

Baş redaktor tələb edib ki, Nuşirəvan Səfərov dərhal istefaya göndərilsin.

***

vaqif-esedov-vaqif-esedov

Bakı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BakuPost-a açıqlamasında Əvəz Zeynallının ittihamları ilə bağlı araşdırma aparıldığını bildirib: “Əvəz Zeynallının dedikləri həqiqət kimi qəbul olunmamalıdr. Məsələ ən yüksək səviyyədə diqqət mərkəzindədir. Bu gün səhər tezdən rəhbərlik ittihamlarla bağlı ciddi araşdırılma aparılması üçün göstəriş verdi. Yalnız araşdırma aparıldqdan sonra ittihamların nə dərəcədə əsaslı olub-olmadığını demək olar. Əmin olun ki, əgər deyilənlərdə bur balaca həqiqət olsa, günahkarlar cəzalanacaq”.

V.Əsədov bildirib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.