İraq öz ərazisindən İrana qarşı hərbi əməliyyatlara icazə verməyəcəkbackend

İraq öz ərazisindən İrana qarşı hərbi əməliyyatlara icazə verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Rusiyadakı səfiri Heydər Mansur Hadi Vaşinqtonla Tehran arasında gərginləşən münasibətlərdən danışarkən bildirib ki, İraq hökuməti öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək.

“İran suveren ölkədir. Biz ərazimizdən istifadə edilməsinə icazə vermərik. Ümid edirəm ki, heç nə baş verməyəcək. Bölgədə yeni dağıdıcı müharibəni istəmirik. İraq problemin yox, onun həllinin bir hissəsi olmaq istəyir”, – səfir vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeonun ötən həftə Bağdada səfəri zamanı İraq sözügedən məsələdə həmrəylik göstərməyəcəyinə işarə edib.

//Editor.az