“Azərbaycanı beynəlxalq platformalarda təmsil edəcək vətənpərvər gənclərə ehtiyac var” – Əhməd Şahidov

19:59 | 16 May, 2019

Mayın 11-də Şəki şəhərində İstanbul Aydın Universiteti və Şəki Hazırlıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Bilik Olimpiadası çərçivəsində gənclərlə görüş baş tutub.

Şəki Hazırlıq Mərkəzində keçirilən görüşdə çıxış edən tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov xaricdə təhsilin əhəmiyyəti barədə danışıb, beynəlxalq platformalarda təmsil olunmağın zəruriyyəti barədə söz açıb: “Bugün Azərbaycanımızı beynəlxalq platformalarda təmsil edəcək vətənpərvər və savadlı gənclərə ehtyac var. Ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərimiz, əsir və girovlarımız barədə həqiqətləri bütün dünyaya çatdırmaq üçün savadlı, bilikli və xarici dillərdə sərbəst danışan gənclər ordusu lazımdır. Həmin gənclər öz tarixini, coğrafiyasını və mədəniyyəti gözəl bilməli, beynəlxalq hüququn norma və prinsiplərinə yiyələnməlidirlər.”