SON DƏQİQƏ: Moskvada metal anqar yanır

20:04 | 16 May, 2019

Yeni Moskvada metal anqarda yanğın başlayıb.

Anqarın sahəsi 300 kvadratmetr təşkil edir.

Fövqəladə Hallar Xidmətindən bildiriblər ki, anqarda qaz balonlarının olması ehtimal edilir. Bu səbəbdən çoxlu sayda yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub. Hazırda yanğının qarşısını almaq üçün operativ tədbirlər görülür.

Hadisənin səbəbləri hələ məlum deyil.