Ter Ştegen sıradan çıxdı

21:37 | 16 May, 2019

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədələnib.

bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb. Almaniyalı qolkiperin məşqlərdə iştirak edə bilmədiyini qeyd olunub. Onun nə vaxt sıraya dönəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, bu mövsüm 49 oyunda meydana çıxan Ter Ştegen qapısından 43 top buraxıb.

//qol.az