Poroşenko Avropa Komissiyasının sədrini ağladıbbackend

Poroşenko Avropa Komissiyasının sədrini ağladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ukrayna prezidenti Petro Poroşenko ilə sonuncu görüşündə göz yaşlarına hakim ola bilməyib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev məlumat verib.

Dövlət rəsmisi bildirib ki, Yunker Ukraynanın hazırkı prezidentini öz kabinetinə dəvət edib. “O çox təsirlənmişdi, düzünü deyim, o hətta ağlamağa başladı. Ona da kədərli idi. Yunker dedi ki, onlar bu 5 il ərzində, demək olar, doğmalaşıblar”, – Yeliseyev danışıb.

Bundan əlavə, baş tutan görüşdə Poroşenko Yunkeri “Knyaz Yaroslav Mudrı” ordeni ilə təltif edib.

Qeyd edək ki, 13-14 may tarixlərində “Şərq tərəfdaşlığı” sammitinin 10-cu ildönümü münasibəti ilə keçirilən Brüsseldəki görüş Poroşenko üçün Ukrayna prezidenti vəzifəsində sonuncu idi. 20 may tarixində Ukraynada yeni seçilmiş prezident Vladimir Zelenskinin inauqurasiyası keçiriləcək.