“Arsenal” və “Çelsi” azarkeşləri düşmən deyil” – Azad Rəhimovbackend

“Arsenal” və “Çelsi” azarkeşləri düşmən deyil” – Azad Rəhimov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bura Avropadır. Bütün şəhərlər bu cür yüksək səviyyəli yarışları qəbul edə bilərlər”.
Editor.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib. O, Bakının Avropa Liqasının final oyununa tam hazır olduğunu bildirib:
“İnanıram ki, şəhərimiz və qonaqpərvərliyimizi görəndən sonra hər kəs yenidən Bakıya gəlmək istəyəcək. Hava limanımız iki saat ərzində 7-10 min arası sərnişin qəbul etmək iqtidarındadır. Bu, Azərbaycan Hava Yollarından alınan rəsmi məlumatlardır. Əsas məsələ insanları aeroportda çox gözlətməmək, viza prosedurları zamanı vaxt itirməməkdir. Bütün bunlar bir nəfər üçün maksimum 25-30 saniyə ərzində həll ediləcək”.
Nazir təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağı ilə bağlı da zəmanət verib: “Təhlükəsizlik xidmətinin əməkdaşları ilə xeyli təlimlər keçmişik. Meydandakı stüardlar istənilən problemi həll edəcək təcrübəyə sahibdirlər. Hazırda yalnız azarkeşlərin rahatlığı haqda düşünürük. Şəxsən mən hesab edirəm ki, “Arsenal” və “Çelsi” azarkeşləri düşmən deyillər, ona görə də Bakıda hər hansı problem olmayacaq”.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda “Arsenal” və “Çelsi” klubları qarşılaşacaqlar.