Ukraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi — Azərbaycanlıların NÜFUZ SAVAŞI FOTOLARbackend

Ukraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi — Azərbaycanlıların NÜFUZ SAVAŞI FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın Jitomir şəhərində milliyətçə azərbaycanlı olan Şirinov Pərvin Allahverdi oğlu amansızcasına qətlə yetirilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2 nəfər silahlı şəxs motosikletlə Pərvin Şirinovun yaşadığı evin qarşısına gələrək, evi atəşə tutublar. Atəş açılan vaxtı Pərvin Şirinov evin həyətində oturubmuş. Killerlər avtomotdan 21 dəfə atəş açıblar. Açılan güllərdən biri Pərvin Şirinovun başından dəyib. O, hadisə yerində keçinib.

 

Qətli törədən 2 nəfər killer Ukrayna polisi tərəfindən Kiyev yaxınlığında saxlanılaraq həbs edilib. Ümumilikdə, sözügedən qətl hadisəsində şübhəli bilinən 6 nəfər saxlanılıb. Onların arasında Radj Qasımovun qardaşı da var. Hazırda onlar hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dindirilirlər.

 

Image result for fuad muradov ukrayna barışdırdı

 

Qətlin sifarişlə törədildiyi və sifarişçinin Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir bölgəsinin rəhbəri Radj Qasımov olduğu iddia edilir.

Ukrayna polisi sözügedən qətldə şübhəli bilinən Rac Qasımovun evində axtarış aparıb. Axtarış zamanı onun evindən odlu silah-sursat və narkotik vasitələr tapılıb.

 

İlkin ehtimallara görə, qətlin törədilməsinə bu ilin aprelində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Kiyevdə keçirilmiş qurultayı zamanı Pərvin Şirinovla Radj Qasımov arasında yaşanan mübahisə səbəb olub. Mübahisənin yaranmasının kökü isə Jitomir Vilayətindəki Azərbaycan Həmrəyliyi Konqresinin sədri İlqar Məmmədovla Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov arasında gedən nüfuz və maraq savaşından qaynaqlanır. Belə ki, qətlə yetirilən Pərvin Şirinov Konqres sədri İlqar Məmmədova yaxınlığı ilə tanınırdı. Qətlin sifarişçisi olduğu ehtimal edilən Radj Qasımov isə faktiki olaraq Hikmət Cavadovun sədri olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir bölgəsinin rəhbəridir. Sözügedən şəxslər aralarında olan mübahisəni bu yaxınlarda Ukraynada “boz kardinal” ləqəbi ilə tanınan Firudin adlı azərbaycanlıya məxsus “Stariy Corat” (“Köhnə Corat”) restoranında həll etməyə çalışıblar.

 

Qətlin törədilməsində digər səbəb kimi isə Radj Qasımovun 2018-ci ildə Pərvin Şirinovdan 1500 dollar pul alaraq, onun Ukraynada qeydiyyata salınmasına köməklik vəd etməsi deyilir. Bu iş alınmayınca, Pərvin Şirinov Radj Qasımovdan pulunu geri qaytarmağı tələb edirmiş.

 

Qətlin törədilməsində üçüncü səbəb kimi isə Radj Qasımovla Pərvin Şirinovun Ukraynada mərmər sexi biznesinə görə bir neçə dəfə bir-birləri ilə sərt mübahisə etmələri göstərilir.

 

 

Z