Deputat: “Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir”backend

Deputat: “Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir.

bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bunun nəticəsində Azərbaycan idmançılarının uğurları ildən-ilə artır.

Onun sözlərinə görə, Azərbaycan artıq idmanın müxtəlif növləri üzrə Dünya və Avropa Çempionatları, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər beynəlxalq yarışların keçirildiyi idman ölkəsinə çevrilib.

Ötən gün möhtəşəm açılışı baş tutan bədii gimnastika üzrə 35-ci Avropa Çempionatından danışan millət vəkili qeyd edib ki, Mehriban Əliyeva Azrbaycan Gimnastika Federasiyasına rəhbərlik etməyə başlayandan sonra respublikamızda bu idman növünə diqqət və qayğı daha da artıb: “Bakıda bədi gimnastika üzrə Avropa Çempionatı artıq 4-cü dəfədir ki keçirilir. Bu, Azərbaycan idmanının, ümumilikdə ölkənin ildən-ilə artan nüfuzundan xəbər verir. Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir”.

Deputat yarışda iştirak edən yığma komandamıza fərdi yarışlarda uğurlar arzu edib.

//trend