“Eurovision” geyləri təbliğ edir” – Nüşabədən şok sözlər

20:43 | 17 May, 2019

Əməkdar artist Nüşabə Ələsgərli Britaniyanın Azərbaycandakı Səfirliyinin qarşısından LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı asılan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

sənətçi son günlər geylərin sayının çoxalmasını vurğulayıb. Ələsgərli hətta “Eurovision” mahnı yarışmasının LGBT-ni təmsil etdiyini yazıb:

“Belə insanlardan qorxmayın. İnsan olmağına insandır, sadəcə, hormonu dəyişik düşüb, yaxud da pozulub. Amma onu deyə bilərəm ki, son zamanlar daha da çoxalıb. Axırda kişilər “Qırmızı kitab”a düşəcəklər.

Yeri gəlmişkən, “Eurovision” əməlli başlı təbliğ edir. Nə olacaq bu işlərin sonu?

Mənim onlara qarşı heç bir aqressiyam yoxdur. Mən kiməm ki, Allahın yaratdığına kimliyindən asılı olmayaraq məsxərə edim”.

Nüşabə əvvəlcə paylaşımındakı şərh bölümünü bağlayıb. Müğənni daha sonra paylaşımını silib.

//axsam.az