Moskvadan ABŞ-a: Cavabsız qoymayacağıq!backend

Moskvadan ABŞ-a: Cavabsız qoymayacağıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva “Terek” xüsusi təyinatlı dəstəsinə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyaları cavabsız buraxmayacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Şübhəsiz ki, Rusiya vətəndaşlarına qarşı bu qərarı cavabsız qoymayacağıq. ABŞ hakimiyyəti düşünməlidir ki, onların konfrontasiyalı münasibəti heç bir fayda gətirməyəcək. Bu, yalnız dünyada gərginliyin artmasına xidmət edir”, – deyə XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Çeçenistanın “Terek” operativ reaksiya qrupu və 5 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

//Axar.az