Masallıda qəza – İki müəllim öldü

21:23 | 18 May, 2019

“Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı boş sahəyə aşırıb. Sürücü, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Sabir Ağayev və yanındakı sərnişin, həmkəndlisi Abdulla Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 

Onların hər ikisi Cəlilabadın Maşlıq kənd orta məktəbinin müəllimi olub.

 

Kənd sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, maşında daha bir xanım sərnişin olub.

 

Hadisədən sonra kimliyi məlum olmayan qadın başqa bir avtomobilə əyləşərək qəza yerini tərk edib.

//Editor.az