Şamaxıda ağır qəza: yaralananlar var – FOTObackend

Şamaxıda ağır qəza: yaralananlar var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 111-ci kilometrliyində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Babayev Famil Vaqif oğlunun idarə etdiyi 50 DL 184 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişini – Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Əsədov Rəşad Qismət oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Şamaxı Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.