Jurnalist Fuad Abbasovla bağlı son məlumat: izolyatordadır, Bakıya göndərilirbackend

Jurnalist Fuad Abbasovla bağlı son məlumat: izolyatordadır, Bakıya göndərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada yaşayan jurnalist Fuad Abbasovun saxlanılması barədə mediada məlumatlar yayılıb.

jurnalistin vəkili Elman Paşayev musavat.com-a açıqlamasında bildirib ki, jurnalist hal-hazırda Moskva şəhəri Ximki vilayəti məhkəməsinin qərarı ilə miqrantlar üçün nəzərdə tutulan izolyatorda saxlanılır. Onun Bakıya deportasiyası gözlənilir. Vəkili bildirib ki, buna səbəb aprel ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FCB) F.Abbasovun yaşama haqqını ləğv etməsi qərarını çıxarmasıdır. İddialara görə, FCB-in bu qərarı erməni icmalarının və Azərbaycanın Moskvada fəaliyyət göstərən bəzi icmalarının şikayəti əsasında verilib. F.Abbasov may ayının 2-də Moskvanı tərk etməli idi. Lakin tərk etmədiyi üçün ona saxlanma qərarı verilib. 16 mayda F.Abbasov Moskvann Ximki Vilayət Məhkəməsini qərarı ilə saxlanılıb.

E.Paşayev, eyni zamanda, bildirib ki, hazırda F.Abbasovun vəziyyəti yaxşıdır. Jurnalist miqrantlar üçün nəzərdə tutulan izolyatorda saxlanılır. Azərbaycan səfirliyinə bu barədə məlumat verilib və səfirlik bu prosesə qoşulub. Gələn həftənin ilk günlərində vəkil F.Abbasovun izolyatordan çıxarılıb, Azərbaycana qaytarılması barədə vəsatət verəcək. Müsahibimizin dediyinə görə, həm səfirliyin, həm də onun iştirakı ilə bu proses baş tutacaq.

E.Paşayev hesab edir ki, F.Abbasov haqda verilən şikayətlər və Ximki vilayət məhkəməsinin qərarı qərəzlidir, düzgün deyil. Ona görə də o, bu qərardan məhkəmə qaydasında şikayət verəcək. Vəkil inanır ki, həmin qərar bir neçə ay sonra ləğv olunacaq.

//Editor.az