Saakaşvilinin arvadı hədələdi: Siz hələ məni tanımırsınızbackend

Saakaşvilinin arvadı hədələdi: Siz hələ məni tanımırsınız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xanımı, “Güc birlikdədir” müxalifət blokundan Zuqdidi rayon meriyasına namizəd olan Sandra Rulofs növbədənkənar seçkilərdə qalib gəldiyini elan edib. O, seçkilərin ikinci turunun təyin olunacağı təqdirdə ölkədə etiraz aksiyalarına başlayacağını bildirib.

 

“Biz birinci turdə qələbə qazanmışıq və ikinci turun keçirilməsinə yol verməyəcəyik, bu, heç kimə lazım deyil. Onlar birinci turun nəticələrini açıqlayarkən öz istədikləri şəxsin qalib gəldiyini elan etsələr, bütün Gürcüstanı qarışbaqarış, kəndbəkənd dolaşacağam, necə ki, bunu Zviad Qamsaxurdiya referendum zamanı etmişdi.

Bu addımı ölkəm naminə atmağa hazıram. Biz birinci turda qalib gəlmişik. Onlar birinci turda qələbə çaldıqlarını elan etsələr, bütün ölkə boyu etirazlarla üzləşəcəklər. Siz hələ məni tanımırsınız. Bilin ki, zarafat etmirəm”, – deyə Rulofs Qanmuhuri kəndində bildirib.

O, səsvermə zamanı çoxsaylı qayda pozuntusunun qeydə alındığını dilə gətirib. Rulofs xüsusilə seçicilərdən vəsiqələrin alındığını və onlara təzyiqlərin göstərildiyini qeyd edib.

Xatırladaq ki, mayın 19-da Gürcüstanda, Zuqdidi, Marneuli, Xulo, Çiatura və Zestafoni meriyalarına növbədənkənar seçkilər, həmçinin, parlamentdə Tbilisinin Mtasminda rayonundan boş qalmış yer üçün aralıq seçkiləri keçirilib. Paralel olaraq aralıq seçkilər Saqareco, Axmeta, Adigeni, Ozurgeti, Çiatura, Zestafoni, Tkibuli və digər rayonlarda baş tutub.

//oxu.az