Zaqatalada evi su basdı: 4 nəfər köməksiz vəziyyətdə qaldı

11:28 | 20 May, 2019

Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

//Editor.az