Fuad Abbasov niyə saxlanılıb? – Vəkili danışdı

13:02 | 20 May, 2019
“Fuadın saxlanılmasına səbəb müvəqqəti yaşamaq icazəsinin ləğvidir“
Editor.az xəbər verir ki, bu barədə REAL-a F. Abbasovun vəkili Elman Paşayev məlumat verib.
Vəkil bildirib ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib:
“Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.