Eyyub Yaqubov Laçının işğalı günü konsert verdi: Xəbəri olmayıb

13:14 | 20 May, 2019

Xalq artisti Eyyub Yaqubov mayın 17-də, yəni Laçının Ermənistan tərəfindən işğalı günü İsveçdə konsert proqramı ilə çıxış edib. Həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi sosial şəbəkə izləyiciləri tərəfindən hiddətlə qarşılanıb.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Xalq artisti Eyyub Yaqubovla əlaqə saxlayıb.

Zəngə onun köməkçisi Günay xanım cavab verib:

“Məsələdən xəbərdarıq. Mayın-30-da Eyyub müəllim Azərbaycana qayıdacaq. Ondan sonra mətbuata yaşanan hadisə ilə bağlı özü geniş müsahibə verəcək.

Eyyub Yaqubovun mayın 17-sinin Laçının işğalı günü olduğundan xəbəri olmayıb”.

//Editor.az