Bu ölkədə avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər

01:03 | 21 May, 2019

Avtomobildən düzgün istifadə edilməməsi cərimə sanksiyasına səbəb ola bilər. Dünyada müxtəlif səbəblər üzündən sürücünün cərimə edilməsini nəzərdə tutan qanunların sayı get-gedə artmaqdadır.

Madriddə avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər. İspaniya paytaxtının hakimiyyət orqanları avtomobillərlə bağlı yeni qaydalar qəbul ediblər. Bu qaydaların 46.2-ci maddəsinə əsasən hər bir sürücü nəqliyyat vasitəsini dayandırarkən mühərriki söndürməyə borcludur. Həmin maddənin qəbul edilməsi çoxsaylı mübahisələrə səbəb olub.

Qaydaya riayət etməyən sürücü 100 avroya qədər cərimə ödəməli olacaq.

//Azərtac