Azərbaycanda çürümüş meyit tapıldı – meyitin yanında isə…backend

Azərbaycanda çürümüş meyit tapıldı – meyitin yanında isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Editor.az-a verilən məlumata görə, müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb