“Statistika Komitəsinin sədri bazara gedir ya yox?” – Deputatdan iradbackend

“Statistika Komitəsinin sədri bazara gedir ya yox?” – Deputatdan irad

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Şəffaflığın təmin olunması nəticəsində Dövlət Gömrük Komitəsi (DGK) büdcə daxilolmaları ilə bağlı proqnozu artıqlaması ilə yerinə yetirir, gömrük sistemində məmur-biznes təması 0-a endirilib”.
Editor.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında – “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
DGK rəsmisi həmçinin bildirib ki, Hesablama Palatası büdcənin icrası ilə bağlı rəyini parlamentə müzakirələrdən cəmi 1 gün əvvəl təqdim edib: “Odur ki, rəylə ətraflı tanış olmaq üçün vaxt az olub. Bu rəy daha tez təqdim olunsaydı, yaxşı olardı”.
Millət vəkili Vahid Əhmədov da sözügedən məsələyə iradını bilirib: “Bir günə bu rəylə necə tanış olmaq olar?”
Deputat Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan rəsmi göstəricinin reallığı əks etdirmədiyini də qeyd edib: “Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss