Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu: yaralılar var

14:30 | 21 May, 2019

Qara dənizdə balıqçı gəmisi atəşə tutulub.

gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.

İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.

Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxlandıqdan sonra gəminin batırıldığı deyilir.

Türkiyə tərəfindən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

//Trend