Mxitaryan Bakıya gəlmir! – “Arsenal” rəsmən açıqladı

15:13 | 21 May, 2019
“Arsenal” futbolçusu Henrix Mxitaryanı Avroliqanın Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib.
Editor.az-ın xəbərinə görə, klub rəsmi saytı vasitəsilə açıqlama yayaraq bildirib ki, erməni hücumçunun Bakıya gətirilməyəcək.
“Arsenal” futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur”.
Mövzunu Facebookda şərh et