Prezidentin satıcı ilə söhbəti – Video

16:11 | 21 May, 2019
Bu gün  Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin- Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, daha sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəlib, alıcılar və satıcılarla söhbət edib.
Qarabağ müharibəsi əlili Məzahir Orucov: Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.
Şəhid anası Səyyarə Nəzərova: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun, necəsiniz?
Səyyarə Nəzərova: Çox sağ olun, Allah Sizdən, dövlətimizdən razı olsun. Siz çox gözəl insansınız. Bizim dövlətimiz çox yaxşı dövlətdir. Çünki hər yerdə əmin-amanlıqdır, hamı qayğımızı çəkir, çox sağ olun.
Məzahir Orucov: Cənab Prezident, biz Qarabağ qaziləri Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qorusun.
Prezident İlham Əliyev: Ticarət necə gedir?
Səyyarə Nəzərova: Çox yaxşı, şükür Allaha, hər günümüzə min şükür.
Prezident İlham Əliev: Məhsulların neçə faizi yerli mallardır?
Satıcı: Demək olar ki, 90 faizi.
Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.