“28634 şagirddən heç kim maksimum bal toplaya bilməyib”backend

“28634 şagirddən heç kim maksimum bal toplaya bilməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
11-ci sinif şagirdləri üçün aprelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.
Editor.az xəbər verir ki, bu məlumatı təhsil eksperti Kamran Əsədov yayaraq bildirib ki, imtahanda iştirak etmiş 28634 şagirddən heç kim maksimum bal toplaya bilməyib:
“Amma 7-də keçirilmiş buraxılış imtahanında iştirak etmiş 27660 nəfər şagirddən 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə – 300 bal toplamışdı. 7 aprel imtahanı Bakı şəhərini, 14 aprel isə bölgələri əhatə edirdi. Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyillər və yeni test tapşırığı modellərini mənimsəməyiblər. Ümumilikdə 7 və 14 apreldə keçirilən imtahanda iştirak edən 56294 şagirddən 2 nəfəri maksimum nəticə göstərib ki, bu da çox aşağı nəticədir”.
Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür.