Səfirlikdən Fuad Abbasov AÇIQLAMASIbackend

Səfirlikdən Fuad Abbasov AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.
Editor.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb.
Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür.