Respublikanın yollarında hər gün dəfələrlə dövlət qeydiyyat nişanı olmadan idarə edilən “Naz Lifan” markalı avtomobillərə rast gələ bilirik.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu avtomobillər Qarabağ müharibəsi iştirakçılarına da verildiyindən bəziləri “müharibə veteranı” adından istifadə edib bu cür qanuna zidd əmələ yol verirlər. Bir vətəndaş olaraq Qarabağ müharibəsi iştirakçısının “Naz Lifan” yox, ən son model, ən bahalı avtomobil sürməyə layiq olduğunu düşünürük. Çünki vətən uğrunda sağlamlıqlarından, canlarından keçiblər. Ancaq bu cür nömrəsiz avtomobil sürücüləri hər hansı qəza etsə, kimisə vursa və hadisə yerindən yayınsa, onların tapılması həqiqətən müşkül məsələ olacaq. Bu hal kamera olmayan yollarda olsa, vəziyyət lap qəlizləşəcək. Ancaq nədənsə rəsmilər belə hala göz yumur.
Ümid edirik ki, DYP rəhbərliyi hadisənin ciddiliyini nəzərə alıb tədbirlərə başlayacaq.
//Editor.az