Rusiyanın Xəzər donanmasında “Be-200” təyyarələri və “Mi-14” helikopterlərindən ibarət aviasiya eskadrilyası yaradılacaq.
Bu barədə RİA “Novosti”yə Xəzər donanmasının komandiri kontr-admiral Sergey Pinçukməlumat verib.
Onun sözlərinə görə, eskadrilya Kaspiysk şəhərində yerləşəcək.
Donanma komandir əlavə edib ki, ilin sonunadək Xəzər donanmasının sahil qüvvələrinin tərkibində “Bal” raket kompleksinin divizionu formalaşdırılacaq.