Biləsuvarda mikroavtobusla “KamAZ” toqquşdu: 4 nəfər öldü, 2 nəfər…backend

Biləsuvarda mikroavtobusla “KamAZ” toqquşdu: 4 nəfər öldü, 2 nəfər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əllət-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
Editor.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.