“Özümü alçaldılmış hiss edirəm”

11:01 | 23 May, 2019

Bu il “Eurovision – 2019” mahnı müsabiqəsində İsveçi təmsil edən Yon Lundvik qalmaqallı açıqlama verib.

o, maqazin proqramında qonaq olarkən təşkilatçıları tənqid edib.

Yon yarışmada səsvermə sisteminin dəyişdirilməsinin vacib olduğunu bildirib: “Bu il səsvermə nəticələrinin açıqlanması şəkli dəyişdi. Bu mövzuda kədərliyəm. Özümü alçaldılmış hiss edirəm. Normal şərtlərdə nəticə əldə etməyən ölkələrin reaksiyaları kameralarda göstərilmir. Ancaq bu vəziyyətdə münsiflərdən yüksək bal toplayıb xalqdan aşağı xal yığdım.

Amma məni niyə sonda Niderland təmsilçisi ilə eyni ekranda saxladılar? Sanki, mən səsvermədə yüksək bal toplamış kimi. Mən 93, Niderland təmsilçisi isə 400-ə yaxın xal yığmışdı. Halbuki, SMS-lərdə məndən yüksək bal toplayanlar var idi. Bu sistem dəyişməlidir.  Qazananlardan biri İsveçdir, bunu kimsə inkar edə bilməz”.

Qeyd edək ki, İsveç layihədə 6-cı, dünən dəyişdirilmiş siyahıya əsasən, 5-ci olub.

//qafqazinfo