Bakı metrosunda yenə problem yarandı – SƏBƏBbackend

Bakı metrosunda yenə problem yarandı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında metronun “Ulduz” və “Nərimanov” stansiyaları arasında qatar bir neçə dəqiqə tuneldə qalıb. Bu isə sərnişinlərin həyəcanına səbəb olub. Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Bəxtiyar Məmmədov -a açıqlamasında qatarın tuneldə ləngiməsinin səbəbini açıqlayıb.

Mətbuat katibi bildirib ki, maşinist qatarın texniki baxış məqsədi ilə “Depo” stansiyasına getməsini məqsədəuyğun olduğunu bildirib. Bu səbəbdən sözügedən qatar “Depo” stansiyasına doğru hərəkət edib. Əks istiqamətdə hərəkət edən qatar isə tuneldə gözləyərək “Depo”ya gedən qatarın ikinci yola keçməsini gözləyib. Bu səbəbdən qatarın hərəkətində ləngimə yaranıb. Hazırda Bakı metrosunda qatarlar hərəkət cədvəli üzrə işləyir.

//ölke.az