Bu gecə ilk Qədr gecəsidirbackend

Bu gecə ilk Qədr gecəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.
Editor.az xəbər verir ki, ikinci Qədr gecəsi mayın 25-dən 26-na, üçüncüsü 27-dən 28-nə keçən gecəyə təsadüf edir.
Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni mayın 31-dən iyunun 1-nə keçən gecəyə təsadüf edəcək.
Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də “Əhya gecələri” adlanır.
Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Qeyd edək ki, Şəvval ayının 1-i, yəni iyunun 5-i Fitr bayramıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramıdır.