Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma – VİDEObackend

Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir.

15 ailənin qorxu içində yaşadığı dördmərtəbəli yataqxanada sakinlər icra hakimiyyətinin məsələyə biganə yanaşmasından şikayətlənirlər.

“İki il əvvəl İcra Hakimiyyətinin əməkdaşları gəlib dedilər ki, bu yataqxanada olan hər bir otağa görə birdəfəlik müavinət veriləcək. Lakin sonra nədənsə qohum olan şəxsləri bir ailə kimi göstərdilər və bir otağın müavinətini ödədilər”, – deyə sakinlər bildirir.

Onlar məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini deyirlər.

Sözügedən məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynovun sözlərinə görə, həmin binada yaşayan ailələrə 35 min manat birdəfəlik maddi yardım ödənilib.

“Suraxanı rayon İcra Hakimiyyətinin başçısının sərəncamıına əsasən, komissiya yaradılmışdı və yataqxana sakinlərinin siyahısı dəqiqləşdirilmişdi. Orada 71 ailə və üç qeyri-yaşayış obyektinə maddi yardım ayrılması nəzərdə tutulmuşdu”, – deyə M.Hüseynov bildirir.

Qurum rəsmisi bu məsələdə sakinlərin saxtakarlığa yol verdiyini deyir:

“Komissiya ailələrin sayını dəqiqləşdirən zaman saxtakarlığa rast gəlmişdi. Fövqaladə Hallar Nazirliyi binanın qəzalı olması ilə bağlı rəy verdikdən sonra sakinlər öz aralarında alqı-satqı ediblər”.

Məsələni araşdıran hüquqşünas Namiq Mustafayevlə telefon bağlantısı yaratdıq. Onun sözlərinə görə, sakinlər binanı boşaltmadıqları üçün İcra Hakimiyyəti məhkəmədə iddia qaldırıb.

“Ailələr dəfələrlə İcra Hakimiyyətinin inzibati məhkəməsində kompensasiyanın ödənilməsi, birdəfəlik maddi yardımın ödənilməsi adı altında çoxsaylı iddialar qaldırıblar. Heç bir iddiaları qəbul olunmadı və məhkəmə tərəfindən əsassız hesab edildi”.

//oxu.az